İqtisadiyyatiqtisadiyyat
Türkiyədə geyim və ayaqqabıların 130 faizədək bahalaşacağı gözlənilir
![Türkiyədə geyim və ayaqqabıların 130 faizədək bahalaşacağı gözlənilir](https://www.az24saat.org/wp-content/uploads/2022/07/Turkiyədə-geyim-və-ayaqqabilarin-130-faizədək-bahalasacagi-gozlənilir-750x470.jpg)
Türkiyə istehsalı olan geyim və ayaqqabıların 120 – 130 faiz bahalaşacağını gözləyirik.
Bunu Türkiyənin “Derimod” şirkətinin İdarə Heyətinin sədr müavini Murat Zaim bildirib.
“Sektorda gözləntim – hazır geyim və ayaqqabıların ötən qışdan bu qışa qədər 120% – 130% bahalaşacağını görəcəyik. Misal üçün min lirə palto yəqin ki, 2 min və ya 2 min 300 lirə olacaq”,- o deyib.
Murat Zaim qeyd edib ki, inflyasiya ilə qiymətlər artır.
Qeyd edək ki, Türkiyədə iyunda 12 aylıq inflyasiya 73,50%-dən 78,62%-ə yüksəlib. Geyimlər artıq son 12 ayda 30%-ə yaxın bahalaşıb. (Marja)
Qeyd edək ki, Türkiyədə iyunda 12 aylıq inflyasiya 73,50%-dən 78,62%-ə yüksəlib. Geyimlər artıq son 12 ayda 30%-ə yaxın bahalaşıb. (Marja)