Siyasət
Türkmənistan Baş nazirinin müavini: “SPECA sammiti əməkdaşlıq üçün mühüm mərhələdir”
“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sammiti ölkələr arasında əməkdaşlıq üçün vacib mərhələdir”.
“Report” xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xocamırat Geldimıradov deyib.
“Mərkəzi Asiyaya maraq ildən-ilə artır. Regionumuz sürətlə inkişaf edir. Burada təbii ehtiyatların olması və əlverişli coğrafi yerləşməsi ciddi investisiyalar üçün cəlbedicidir”, – o bildirib.
X.Geldimıradovun sözlərinə görə, Türkmənistan son illərdə proqram ölkələri ilə ticarət əməkdaşlığını intensivləşdirib.
Mənbə:Report