2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Ukrayna taxıl ixracı üçün Xorvatiya ilə müqavilə imzaladı!

2023-08-01 13:23:40

class=”mediyanet-inline-adv”>

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman ötən gün Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı müxtəlif təmaslar edib. Ukraynalı həmkarı Dmitro Kuleba ilə də görüşən Xorvatiyalı nazir görüşdən sonra verdiyi açıqlamada ölkəsinin Ukrayna taxılının ixracına yardım etməyə hazır olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna taxılının ixracı üçün Xorvatiyanın Dunay çayı və Adriatik dənizindəki limanlarından istifadə etmək barədə razılığa gəldiklərini bəyan edib. “Biz indi bu limanlara ən səmərəli marşrutları müəyyən etmək üçün çalışacağıq” deyən Dmitro Kuleba, əlavə etdi ki, ixraca maneələrin aradan qaldırılmasına hər hansı töhfə və açılan hər bir qapı qlobal ərzaq təhlükəsizliyinə real və effektiv dəstəkdir.

Afrika və Yaxın Şərqin bir çox ölkəsinə ən böyük taxıl tədarükçülərindən biri olan Ukraynadan taxıl daşınması Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra tamamilə dayanıb.

Rusiya və Ukrayna arasında Taxıl Dəhlizi Sazişi 2022-ci il iyulun 22-də BMT və Türkiyənin təşəbbüsü ilə imzalanıb. Əvvəlcə 120 gün müddətinə imzalanan müqavilə daha sonra 3 dəfə uzadılıb. Rusiya 2023-cü il iyulun 17-də başa çatan müqavilənin müddətini uzatmamaq qərarına gəlib ki, onun ərzaq məhsullarının satışına maneələr aradan qalxmayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button