Loading...
Loading...
Xəbərlər

Ukrayna və Azərbaycan strateji tərəfdaşlığı dərinləşdirir

Bakı/15.01.22 Yanvarın 14-də Kiyevdə Ukrayna Azərbaycan prezidentlərinin danışıqlarının yekunlarına görə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə imzalanıb.

Sənəd tərəflərin strateji tərəfdaşlığı dərinləşdirməyə, xüsusən qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələr həyata keçirməyə hazır olduğunu təsdiq edir. Bu layihələr arasında Qara Dəniz – Xəzər regionunda onun hüdudlarından kənarda sülhün sabitliyin təmin edilməsi üzrə layihələr də var.

“Biz Ukrayna Azərbaycan prezidentlərinin birgə bəyannaməsini imzaladıq. Bəyannamədə dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə ərazi bütövlüyünə qarşılıqlı dəstək göstərməyə, hibrid təhlükələrə qarşı birgə mübarizə aparmağa, Qara Dəniz – Xəzər regionunda onun hüdudlarından kənarda sülhü sabitliyi təmin etməyə səy göstərməyə hazır olduğumuz təsdiqini tapıb”, deyə Vladimir Zelenski KİV nümayəndələri ilə Ukrayna-Azərbaycan danışıqlarının yekunlarına həsr olunmuş görüşündə bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, sənəddə əksini tapan mövqelər regional qlobal miqyaslı bir çox məsələ təhdidlə bağlı Ukrayna Azərbaycanın baxışlarının eyni yaxın olduğuna dəlalət edir.

Belə ki, Birgə Bəyannamədə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə ərazi bütövlüyünə dəstək ; siyasi, ticari-iqtisadi, yanacaq-energetika, hərbi-texniki, infrastruktur, nəqliyyat, aviainşaat, aqrar sənaye, mədəniyyət-humanitar digər sahələrdə, həmçinin təhlükəsizlik sahəsində ikitərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi istəyi yer alır. Bundan başqa, hibrid təhdidlərə qarşı mübarizə məsələsində əməkdaşlığı fəallaşdırmağa hazırlıq qeyd edilir; cari layihələrin başa çatdırılması yeni birgə layihələrin hazırlanması yolu ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsindən söhbət gedir; beynəlxalq regional təşkilat forumlar, xüsusən BMT, ATƏT, Avropa Şurası, GUAM, QİƏT çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindən bəhs edilir.

İqtisadi sazişlər arasında Ukraynanın Energetika Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumunu xüsusilə qeyd etmək lazımdır. Memorandum energetika sahəsində əməkdaşlığın genişləndirilməsini Ukraynanın neft-qaz bazarında birgə layihələrin həyata keçirilməsini, xüsusən neft tədarükü nəqli, neft məhsullarının nəqli, karbohidrogen kəşfiyyatı hasilatı, Ukrayna ərazisində yeni neft emalı zavodlarının tikintisi mövcud zavodların yenidənqurması, Ukrayna üçün təbii qaz tədarükü, onun yeraltı anbarlarda saxlanılması sahəsində layihələri nəzərdə tutur. -02Â-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun