2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Unutqanlıqdan, depressiyadan şikayət edərək həkimə getdi… Beynindən qurd çıxdı!

2023-08-28 17:50:55

class=”mediyanet-inline-adv”>

Dünya Avstraliyadan gələn xəbərlərdən danışır…

Saytların yığılması Saytlarin yigilmasi

Unutqanlıq və depressiya şikayətləri ilə həkimə müraciət edən 64 yaşlı qadın müayinədən sonra həyatının, belə desək, şokunu yaşayıb.

Onun beyninin MRT müayinəsi zamanı cərrahi əməliyyat tələb edən anormallıqlar aşkar edilib.

İngilis Guardian qəzetində çıxan xəbərə görə, avstraliyalı qadının beynindən səkkiz santimetrlik canlı qurd çıxıb.

Bu tapıntıdan sonra 64 yaşlı qadın əməliyyat edə biləcək başqa xəstəxanaya köçürülüb və beynindəki qurddan xilas olmaq üçün bıçağın altına girib.

“Ophidascaris robertsi” adlı qurd əməliyyatdan sonra çəkilib. Eyni xəbərə görə, sözügedən hadisə tibb tarixində bir ilk olub.

class=”mediyanet-inline-adv”>

Mütəxəssislər xəstənin yaxın ətrafının piton ilanları ilə əhatə olunmuş göl bölgəsində yaşadığını bildirirlər.İlanla birbaşa təması olmasa da, xəstə otlar toplayıb yeməklərində istifadə etdiyi üçün bu vəziyyətlə qarşılaşmış ola bilər.

Unutqanlıq, depressiya şikayətləri ilə həkimə müraciət edib... Beynindən qurd çıxıb.

Xəstənin bu səbəbdən təsirlənə biləcəyini bildirən mütəxəssislər, heyvanlardan insanlara keçən xəstəlik və infeksiya riskinə diqqət çəkirlər.

Həkimlər onu da izah etdilər ki, xəstənin bədəninin digər hissələrini işğal etmiş ola biləcək digər sürfələr üçün müalicə edilməlidir.

Eyni bəyanatda xəstənin sağaldığı və hələ də mütəmadi olaraq izlənildiyi barədə məlumatlar da var.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button