2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Ürək-damar xəstəlikləri ''cavanlaşır''''

Saytların yığılması Saytlarin yigilmasi

Əhalidə hansı xəstəliklərin daha çox aşkarlandığı məlum olub

2017-ci ilin fevral ayının 15-dən may ayının 15-ə qədər ölkə üzrə 5 499 863 nəfər tibbi profilaktik müayinədən keçib.

Onlardan 2 640 119 nəfər kişi və 2 859 744 nəfər qadın olub. Paytaxt  üzrə 1 308 329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

“Report.az” Səhiyyə Nazirliyinə istinadən yazır ki, ölkə üzrə müayinədən keçən şəxslərdən 2 041 388 nəfər əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.

Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2 faiz), tənəffüs sistemi xəstəlikləri (16,8 faiz), həzm sistemi xəstəlikləri (11,7 faiz) təşkil edib.

Məlumatı Meydan TV-yə şərh edən professor Adil Qeybulla bildirib ki, dünyada onkoloji xəstəliklərin xüsusilə çəkisi artsa da, ürək-damar xəstəlikləri birinci yerdə dayanır. 

Professor səbəbi insanların hərəkətsizliyi ilə əlaqələndirir. 

Azərbaycanda bu xəstəliklərin artmasına gəldikdə, onun fikrincə, ekoloji amil önəmli rol oynayır:

“Birinci səbəb qida təhlükəsizliyinin olmamasıdır. Ölkəyə daxil olan ərzaqların əksəriyyəti aşağı keyfiyyətlidir, bəzilərinin tərkibində yüksək xolesterin var. İnsanlar bunları qəbul etdikcə, bədəndə xolesterinin səviyyəsi artır. İkinci amil insanların tənbəlləşməsidir. Qısa bir məsafəni də avtomobillə qət edirlər, hərəkətsizlik şəraitində yaşayırlar və üstəlik stress də bir tərəfdən. Təsəvvür edin ki, Azərbaycandakı bütün qonaqlıqlar, toylar axşama düşür, çoxlu qida qəbul edir, gəlib uzanır divanda və nəticədə artıq çəki problemi yaranır, ardınca ürək-damar xəstəlikləri artır. Bu, artıq həyat tərzinə çevrilir, halbuki, anormallıqdır. İnsanlar gərək hərəkət etməlidir ki, daxil olan kalori yansın”.

Adil Qeybulla
Adil Qeybulla.

A.Qeybulla deyir ki, insanlardakı hərəkətsizlik tendensiyası artan xətlə inkişaf edir:

“Tənəffüs sistemi xəstəlikləri də buna paralel olaraq artır. İnsanlar durğunluq keçirdikləri üçün ağciyərlərin tənəffüs səthi tam adekvat işləmir, nəticədə ağciyər xəstəlikləri artır. Azərbaycanlılar kütləvi şəkildə idmanla məşğul olmalı, mentaliteti dəyişməli, yeni situasiyaya keçməlidir. Bunun üçün televiziyalar şou-proqramlardan daha çox bu cür tələblərin maarifçiliyini aparmalıdır. Təəssüf ki, bunları görmədiyimizdən ürək-damar xəstəliklərinin cavanlaşması tendensiyası yaşanır”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button