Uşaqların yaşamaq hüququ təmin edilmir
Yusif Bəkirov: “Hətta pulsuz təhsil imkanı da yoxa çıxıb”
Bu gün uşaqları beynəlxalq müdafiə günüdür. Deməli, gələcəyimiz olan uşaqların müdafiəsi təkcə bir region və ölkədə deyil, dünya üzrə qeyd edilir. Maraqlıdır, görəsən, ölkəmizdə uşaqların hazırda hansı problem və qayğıları var ki, onlar hələ də bütünlüklə həllini tapmayıb?!
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, öncə uşaqların yaşamaq hüququ təmin edilməlidir. Bundan başqa, Uşaq Hüquqları Konvensiyasındaki 38 maddə bir-biriylə əlaqəli olduğundan, onların hamısı usaqların taleyilə birbaşa bağlıdır:
“Öncə uşaqların yaşamaq hüququ təmin edilməlidir. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Bizdə uşaqların sosial həyat səviyyəsi olduqca aşağıdır. Ölüm halları çoxdur. Bu kimi problemlərə görə ölkəmiz ən yaxın qonşumuz olan Gürcüstandan geri qalır. Uşaqların gündəlik yaşam tərzi dünya standartlarından çox aşagıdır. Qidalanmaq, geyim və sağlamlıq problemləri yetərli deyil. Hətta pulsuz təhsil imkanı da yoxa çıxıb. Dövlət orta təhsil müəssisələrində repetitor xidmətindən istifadə olunursa, bunun nəyi pulsuz təhsildir?! Azərbaycanda uşaqların hamısının yuksək həyat tərzi, təhsil, sağlamlıq, qayğı və nəvazişlə əhatə olunduğunu demək sadəlövhlükdür”.
Nigar
24saat.org
Mənbə – azadliq.info