2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov “Abzas Media” işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb. 

Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, “Abzas Media” onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”. 

Saytların yığılması Saytlarin yigilmasi

“Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən tapılan 40.000 avro  da qaçaqmalçılıq yolu ilə gətirilən valyutanın bir hissəsidir”, – təşkilatın açıqlamasında qeyd olunub. 

Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsi “Abzas Media” nəşrinin rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızı, noyabrın 23-də isə Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Bu gün isə məhkəmə mətbu orqanın jurnalisti Nərgiz Absalamova barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O da digərləri kimi qrup halında qaçaqmalçılıqda ittiham olunur.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button