2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Vyetnamda yanğında ölənlərin sayı 56-ya çatıb

class=”mediyanet-inline-adv”>

Cənubi Asiya ölkəsi Vyetnamın paytaxtı Hanoyda mənzildə baş verən yanğında ölənlərin sayı artıb. Çərşənbə axşamı gecə paytaxtda 150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasında baş verən yanğında ölənlərin sayı 56-ya çatıb.

Həyatını itirənlərdən 4-nün uşaq olduğu, 39-nun meyitinin şəxsiyyəti müəyyən edilib. Yanğın zamanı onlarla insanın binada qaldığı, ən azı 37 nəfərin yaralandığı paylaşılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bölgəyə səfər edən Vyetnam Baş naziri Pham Minh Chinh ölənlərin ailələrinə başsağlığı verərək, “Belə bir faciənin qarşısını almaq üçün qaydalara ciddi yanaşmaq lazımdır” deyib. Çinh əlavə edib ki, bu hadisə yanğının qarşısının alınması və yanğınla mübarizədə dərs kimi götürülməlidir.

Çərşənbə axşamı yerli vaxtla saat 23:00 radələrində baş verən yanğında alov sürətlə bütün binanı bürüyüb, əraziyə 15 yanğınsöndürmə maşını, təcili yardım və polis qrupları göndərilib. Binanın yerləşdiyi küçə dar olduğundan yanğınsöndürənlər yanğına yaxından müdaxilə edə bilməsə də, alov 3 saatdan sonra söndürülüb.

Digər tərəfdən, keçən il Vyetnamın cənubundakı Binh Duong əyalətində karaoke zalında baş verən yanğında 32 nəfər həlak olmuşdu.

2023-09-14 16:28:38

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button