2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Whatsapp Business-ə aylıq ödənişli abunəlik vasitəsilə çalışacaq yeni funksiya əlavə ediləcək

    Whatsapp barəsində daimi şəkildə məlumatlar verən məşhur WABetaInfo saytı messencerin test versiyasının yeni screenshot fotosunu paylaşıb və həmin foto Whatsapp-da istifadəyə veriləcək yeni funksiyanı sərgiləyir. İstifadəyə veriləcək yeni funksiya heç də hamı üçün aktiv olmayacaq və ondan istifadə etmək üçün aylıq ödənişli abunəlik əldə etmək lazım gələcək. Beləliklə verilmiş məlumata əsasən Whatsapp tərtibatçıları messencerin Whatsapp Business versiyasındakı Linked Devices bölməsində yeni interfeys üzərində çalışırlar. Hələ bir neçə müddət bundan öncə Whatsapp istifadəçiləri üçün xüsusi funksiya istifadəyə verilmişdi və həmin funksiya bir istifadəçi hesabını 4 müxtəlif cihazda istifadə etmək imkanını təqdim edir.

Saytların yığılması Saytlarin yigilmasi

    Whatsapp Business üçün hazırlanan yeni funksiya isə 10 müxtəlif nömrəni bir istifadəçi hesabına bağlamaq imkanını verəcək. Bunun sayəsində müxtəlif təşkilatların əməkdaşları iş çatında müştərilər ilə operativ şəkildə ünsiyyət qura biləcəklər. Məlumatda qeyd edilib ki, aylıq ödənişli abunəlik sisteminin istifadəyə verilməsi öz növbəsində messencerin adi versiyasının funksionallığına təsir göstərməyəcək. Yeni funksiya ilk növbədə korporativ istifadəçilərə hədəflənib. Gözləntilərə əsasən aylıq ödənişli abunəliyə digər üstünlüklər də daxil olacaq. Lakin həmin üstünlüklər və aylıq ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi barəsində məlumat verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button