Loading...
Loading...
Texnologiya

Whatsapp-da mesajlara emojilər vasitəsilə reaksiya bildirmək imkanı hamı üçün istifadəyə verilib

    Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq hamı üçün istifadəyə verilib. Yeni funksiyanın hamı üçün istifadəyə verildiyini Whatsapp-ın rəhbəri Will Cathcart da elan edib. Qeyd etmək lazımdır ki, sözügedən yeni funksiyanın messencerə inteqrasiya ediləcəyi barəsində məlumat hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı. Hal hazırda daxil olan mesajlara bildirilən reaksiyaları əhatə edən emojilərin sayı məhduddur. Lakin müəyyən müddətdən sonra onların sayı getdikcə artacaq.

    Məlumatda qeyd edilib ki, nəticədə reaksiyalar bütün emojiləri və dəri rənglərini dəstəkləyəcəklər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-da digər yeni funskiyalar da istifadəyə veriləcək. Onların aralarında qrup adminlərinin digərlərinin mesajlarını silə bilmələri imkanı, messencer daxilində göndərilən faylların həcmlərinin 2 GB-a kimi yüksəldilməsi, 32 nəfərin iştirakı ilə audiozənglərin reallaşdırılması və s. var. Qeyd etmək lazımdır ki, Telegram-da daxil olan mesajlara emojilər vasitəsilə reaksiyaların bildirilməsi imkanı hələ keçən ilin dekabr ayında istifadəyə verilmişdi.

Gözdən qaçırmayın:  İrəvandakı Göy Məscidin ermənicə adı LƏĞV OLUNDU

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button