2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“WhatsApp” messengeri yeni limit tətbiq edib

Eyni xəbəri beş dəfədən artıq göndərmək mümkün olmayacaq

“WhatsApp” messengeri eyni xəbərin kütləvi olaraq bir çoxuna gördərilməsinin qarşısını almaq üçün yeni limit tətbiq edib.

“Bu gündən bütün dünya üzrə eyni xəbəri beş ünvandan və ya qrupdan artıq yerə göndərmək mümkün olmayacaq”, – Reuters “WhatsApp”-ın kommunikasiyalar üzrə vitse-prezidentindən sitat gətirib.

Limit dezinformasiyaların geniş yayılmasının qarşısını almaqdan ötrü tətbiq edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Buna qədər limit 20 ünvan və ya qrup idi. Bu gündən bununla bağlı yenilənmə işə salınacaq. İlkin olaraq yenilənmə Android sistemi, sonradan iOS sistemi üçün olacaq.

İlk dəfə olaraq belə məhdudiyyət 2018-ci ilin iyulunda Hindistanda tətbiq edilmişdi. Bu, ölkədə uşaqların qaçırılması ilə bağlı şaiyələrin messenger vasitəsilə geniş kütlə arasında yayılmasından sonra baş vermişdi.

24saat.org xatırladır ki, ötən həftə də Azərbaycanda analoju hal yaranmışdı. Pis hava şəraiti ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıqla əlaqədar tədriq müəssisələrində iki günlük tətil elan edilmşdi. Bunun ardınca isə “WhatsApp”da səs yazısı yayılmışdı ki, küləklə “donuz qripi” yayılacaq və tətilin əsl səbəbi budur. Səhiyyə Nazirliyi isə bu məlumatı təkzib edərək şayilərə uymamağa çağırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button