Loading...
Loading...
Texnologiya

Windows 11-də Google Play-dən istifadə üçün nəzərdə tutulmuş kənar tətbiq əslində virus imiş

    Windows 11 istifadəçilərinə Android tətbiqlər platforması olan Google Play-dən istifadə imkanını verən tətbiq internetdə ortaya çıxıb. Həmin tətbiqin müəllifləri həmçinin istifadəçilərə pulsuz Microsoft Office paketinin aktivləşdirilməsini və ümumilikdə Windows 11-in iş prosesinin sürətləndirilməsini söz verirlər. Lakin əslində isə bütün bunlar yalandır. Qeyd etmək lazımdır ki, Windows 11-in son yenilənmələrindən birində əməliyyat sistemi üçün Android tətbiqlərin dəstəyi imkanı aktivləşdirilmişdi. Lakin söhbət, yalnız Amazon AppStore platformasında mövcud olan Android tətbiqlərdən gedir. Yəni bu məsələdə Google Play Store platforması iştirak etmir. Dələduzlar isə bu cür imkandan istifadə edərək GitHub-da Powershell Windows Toolbox adlı kənar tətbiqi yayımlayıblar.

    İstifadəyə verilmiş bu kənar tətbiqin təsvirində qeyd edilib ki, guya o, Google Play Store-dan istifadə imkanını verir və Windows 11 üçün digər üstünlükləri təqdim edir. Əslində isə dələduzlar tərəfindən GitHub-a yerləşdirilmiş bu tətbiq adi bir virusdur. Bu virus öz növbəsində dələduzlara istifadəçilər barəsində konfidensial məlumatı yığmaqda yardımçı olur. Bundan əlavə olaraq sözügedən virus daxil olduğu kompüter sistemində zərərli əməliyyatları yerinə yetirmək imkanını verir. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq GitHub-dan artıq silinib. Lakin bu tətbiqi kompüterinə yükləmiş şəxslər öz cihazlarını təmizləmək üzrə uzun prosesdən keçməli olacaqlar. Belə ki, sistem qovluqlarından zərərli faylları silmək lazım gələcək.

Gözdən qaçırmayın:  Smartfonun korpusunu soyudan material hazırlanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button