2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xəstə anasına işgəncə verən Naftalan sakininə hökm oxundu

Anasına dəhşətli işgəncə verməkdə təqsirli bilinən Naftalan şəhər sakini, 1977-ci il təvəllüdlü Ruslan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ruslan Zeynalov 25 oktyabr 2013-cü ildə yaşadıqları Naftalan şəhəri, V.Quliyev küçəsi 8 nömrəli evi satmasını 1947-ci il təvəllüdlü anası Fatma Əliyevaya təklif edib.

Lakin yaşlı və xəstə olan qadın oğlunun təklifi ilə razılaşmayıb. Bu zaman Ruslan Zeynalov anasını döyərək, ona bədən xəsarəti yetirib. Bundan sonra Ruslan Zeynalov bu hərəkətlərini mütəmadi davam etdirib. O, 1 yanvar 2014-cü ildə yaşadıqları evi satmaq üçün qardaşı Anar Zeynalovun Rusiyadan gəlmədiyini bəhanə edərək anasını döyüb. Ruslan Zeynalov yanvarın 5-də və yanvarın 10-da Fatma Əliyevanı yenidən döyüb. Ruslan Zeynalov növbəti dəfə anasına qarşı eyni hərəkətlərini yanvarın 21-də davam etdirib. O, həmin gün saat 20 radələrində evə sərxoş vəziyyətdə gələrək anasını xüsusi amansızlıqla döyüb.

Saytların yığılması Saytlarin yigilmasi

Telefonun dəstəyini anasının sifətinə vurub, saçını yolub və yumruqla sifət nahiyəsinə bir neçə zərbə endirib.

Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İstintaq orqanı Ruslan Zeynalovu Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edib və cinayəti işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hökm çıxaran zaman Ruslan Zeynalovun ittiham olunduğu maddəni dəyişib. Hökmə əsasən, Ruslan Zeynalova Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində az ağır xəsarət yetirmə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə vermə) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Ruslan Zeynalov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ruslan Zeynalov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin prokurorluqda hökmdən apelyasiya protesti verib. Prokdəhşətli cinayəturorluq Ruslan Zeynalovun cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti prokurorluğun protestini qismən təmin ediblər və Ruslan Zeynalova əlavə olaraq Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Amma onun barəsində təyin olunan cəza dəyişməyib və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

Bu qərardan Ruslan Zeynalov kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılıb. Hakimlər Ruslan Zeynalovun kasasiya şikayətini təmin etməyib. (teleqraf.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button