2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xamenei: “İslam ölkələrinin İsrailə köməyi xəyanətdir”

Cümə axşamı İranın dini lideri Əli Xamenei islam ölkələri diplomatları ilə görüşdə deyib ki, bəzi islam ölkələri sionist rejimə kömək edirlər. “Bu, xəyanətdir, islam icması qarşısında xəyanət. Bu, həm də özü-özünə xəyanətdir, çünki onlar bunu etməklə sionist rejim aparatını möhkəmləndirirlər və nəticədə bu, özləri üçün də zərərli olacaq”, – o deyib.

Onun sözlərinə görə, sionizm rejiminin qadınlara və uşaqlara qarşı törətdiyi cinayətlər zamanı “bəzi islam ölkələrinin ona köməyi islam icması və ölkələrin özləri qarşısında ən böyük xəyanətdir, çünki bu kömək faktiki olaraq onların özünün məhvinə aparır”.

İran bütün islam ölkələrinin İsraillə siyasi və iqtisadi münasibətləri pozacağını gözləyir, o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Xamenei hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb. Ancaq Türkiyə, Azərbaycan və bəzi Yaxın Şərq ölkələri İsrail ilə siyasi və iqtisadi əlaqələri davam etdirirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button