2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)

    Xiaomi 12 smartfonunun Lite modelinin təqdimatını gözləmədən insayderlər onun qutu açılışı videosunu təqdim ediblər. Təqdim edilmiş qutu açılışı videosunda smartfonun dizaynı hərtərəfli şəkildə sərgilənib. Bundan əlavə olaraq internetdə sözügedən smartfon modelinin texniki göstəriciləri ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 12 Lite modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 108 MP-lik əsas arxa kameraya və 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağı məlumatda qeyd edilib. Smartfon qutudan MIUI 13 istifadəçi interfeysini özündə birləşdirəcək. Təqdim edilmiş qutu açılışı videosu da bu məlumatı təsdiqləyir. Xiaomi 12 Lite modelinin 5G dəstəkli Snapdragon 778G prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfonun daxili yaddaşı və hansı həcmdə batareya ilə təchiz olunacağı barəsində bir məlumat yoxdur. Gözləntilərə əsasən Xiaomi 12 Lite smartfonunun təqdimatı yaxın zamanda baş tutacaq.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button