XİN rəsmisi: “Azərbaycan ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir”
![Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”](https://www.az24saat.org/wp-content/uploads/2023/10/Elcin-Xəlilov-Azərbaycan-Ordusunda-kadr-potensialinin-proqnozlasdirilmasi-və-planlasdirilmasi-duzgun.webp-780x470.webp)
“Azərbaycan ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qalır və qonşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” adlı simpoziumda deyib.
“Azərbaycan dövlətlər arasında bərabərlik, qarşılıqlı hörmət, o cümlədən ərazi bütövlüyü və ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalır. Ölkəmiz oxşar maraqları bölüşən dövlətlərlə əməkdaşlığa açıqdır. Lazım gələrsə, ölkəmizin milli maraqlarını təhdid edən istənilən çağırışa müqavimət göstərərik”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətlə bağlı məsələlərdə tutduğu prinsipial mövqe sayəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.
Mənbə:Report