2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb

Xocalı rayonunda ən azı 4 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 23-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Xocalı şəhərinin mərkəzində həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış insan qalıqları aşkarlanıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Ərazidə aşkarlanan qalıqlarının birinin 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir. Aşkarlananların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, axtarış işləri tam yekunlaşdıqdan və ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button