Siyasət
Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək
![Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”](https://www.az24saat.org/wp-content/uploads/2023/10/Elcin-Xəlilov-Azərbaycan-Ordusunda-kadr-potensialinin-proqnozlasdirilmasi-və-planlasdirilmasi-duzgun.webp-780x470.webp)
Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək.
“Report”un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşündə müzakirə edilib.
Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.
Mənbə:Report