Yaponiya Fukuşimanın tullantı sularını atır
2023-08-23 07:28:54
class=”mediyanet-inline-adv”>
Yaponiyanın baş naziri Fumiyo Kişida suyun boşaldılmasına nüvə tənzimləyiciləri tərəfindən təsdiq edilmiş planlara uyğun olaraq başlanılacağını bildirib. Baş nazir Kişida bəyan edib ki, 1 milyon tondan çox suyun axıdılması elektrik stansiyasının istismardan çıxarılmasının uzun və mürəkkəb prosesinin mühüm hissəsidir. 2011-ci ildə ölkədə baş verən böyük zəlzələdən sonra sunami ilə 7-ci səviyyəli nüvə qəzasının baş verdiyi Fukusima Daiiçi Atom Elektrik Stansiyasının soyutma əməliyyatlarında istifadə olunan su təxminən 12 ildir ki, zavod şəhərciyində saxlanılırdı. Boşaltma planını təsdiqləyən Yaponiya və Beynəlxalq Atom Enerjisi Agentliyi suyun təmizləndiyini, okeana buraxılacağı təqdirdə insanlara və ətraf mühitə radioloji təsirinin təhlükəli olmayacağını bəyan edib.
class=”mediyanet-inline-adv”>
ÇİN QARŞI OLUR
Boşaltma planı bir müddət mübahisələrə səbəb olmuşdu, çünki axıdılması planlaşdırılan suyun tərkibində tritium, su filtrasiya texnologiyası ilə çıxarıla bilməyən radioaktiv maddə var idi. Yaponiyanın dəniz məhsulları ixracı üçün əsas bazar olan Honq Konq Yaponiyanı məhdudiyyətlərlə hədələyib. Çin Yaponiyanı okeanı “kanalizasiya” kimi rəftar etməkdə ittiham edərək, plana qəti şəkildə qarşı çıxır.
Tərcümə“24 SAAT”