2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Yaponiyada qatara bıçaqla hücum edilib

2023-07-23 13:21:53

class=”mediyanet-inline-adv”>

Yaponiyanın Osaka əyalətində bıçaqlı hücum çaxnaşması yaşanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nankai Elektrik Dəmiryolu xətti ilə hərəkət edən qatarda olan bıçaqlı hücumçu yerli vaxtla saat 10.25 radələrində üzərində gəzdirdiyi 3 bıçaqla ətrafdakı insanlara hücum edib.

Hadisədən sonra qatar Rinku-Town Stansiyasında dayanıb və əməkdaşların xəbərdarlığı ilə stansiyaya çoxlu sayda polis qrupu göndərilib.

1-i qatar işçisi olmaqla 3 nəfərin xəsarətlərinin həyati təhlükəsinin olmadığı açıqlanıb.

37 yaşlı Kazuya Şimizu adlı təcavüzkar stansiyada qatar platformasında bir müddət polisə müqavimət göstərməyə çalışdıqdan sonra zərərsizləşdirilərək nəzarətə götürülüb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Ötən cümə Cənubi Koreyanın paytaxtı Seulda bıçaqlı hücum dəhşəti olub. Metro stansiyasına yaxın küçədə ətrafdakı insanlara bıçaqla hücum edən şübhəli 1 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button