Loading...
Loading...
Texnologiya

Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

    İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərdə tutulmuş yeni sürətli şarj texnologiyası istifadəyə verilə bilər. Söhbət, 240 vatt gücündə olan sürətli şarj texnologiyasından gedir. Məlumdur ki, sözügedən yüksək sürətli şarj texnologiyası Çin şirkəti tərəfindən hazırlanır. Şirkətin adı barəsində məlumat verilməsə də, insayderlərin fikirlərinə əsasən söhbət, OPPO şirkətindən gedir. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Barselonada keçirilmiş MWC 2022 sərgisi çərçivəsində OPPO şirkəti SuperVooc adlı 240 vatt gücündə sürətli şarj texnologiyası barəsində yeni məlumatlar vermişdi. Məlumata əsasən sözügedən texnologiya vasitəsilə 4500 mAh həcmli batareya 100% enerjini 9 dəqiqəyə yığa bilir.

    “2014-cü ildə OPPO SuperVooc texnologiyasının təqdimatından bəri şirkət sürətli şarj texnologiyaları sahəsində liderlərdən birinə çevrilib. 2021-ci ilin dekabr ayına olan statistikaya əsasən bütün dünya üzrə 220 milyon istifadəçi OPPO tərəfindən təqdim edilən effektiv, təhlükəsiz və sürətli şarj texnologiyasından istifadə edir” – deyə şirkətin bəyanatında qeyd edilib. Məlumata əsasən OPPO şirkəti 240 vatt gücündə olan sürətli şarj texnologiyası üçün nəzərdə tutulmuş şarj cihazının test istehsalına artıq start verib. Qeyd etmək lazımdır ki, OPPO-nun rəqibi olan Vivo şirkəti yaxın zamanda iQOO 10 Pro adlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfon 200 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bu texnologiya vasitəsilə smartfon batareyası 100% enerjini 12 dəqiqə ərzində yığa biləcək.

Gözdən qaçırmayın:  Telefonunuz boş olsa belə onu doldurmamaq üçün 3 SƏBƏB

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button