2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Yekə kişilər yaşa dolan xanım məşhurlara ağızlarına gələni yazır”

[

“Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır. Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabındakı paylaşımında yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!”-deyə, sənətçi bildirib.

Qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarovanın AzTV-dəki çıxışı birmənalı qarşılanmamışdı. Belə ki, sənətçinin Yeni il çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 87 yaşlı Xanlarovanın ifalarını gözləyənlərlə yanaşı, onu tənqid edənlər də az olmayıb.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button