2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

ABŞ Ukraynaya təkmil hava hücumundan müdafiə sistemi vəd edir

2022-10-11 10:27:52

Rusiyanın raket hücumlarından sonra Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden telefonla danışıb. Ağ Evdən görüşlə bağlı verilən yazılı açıqlamada Baydenin Rusiyanın Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Ukraynanın hər yerində raket hücumlarını pislədiyi, bu mənasız hücumlarda ölən və yaralananların yaxınlarına başsağlığı verdiyi bildirilib. “Prezident Bayden Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri göndərib”, – bəyanatda deyilir.
“O, özünü müdafiə etmək üçün lazım olan dəstəyi davam etdirməyə söz verdi, o cümlədən

Bayden ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Rusiyanı hərbi cinayətlərinə görə məsuliyyətə cəlb etmək, Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərmək üçün işləməyə davam etdiyini vurğulayıb.

Zelenski isə Baydenlə məhsuldar görüş keçirdiklərini ifadə edərək, “Hazırda müdafiə əməkdaşlığımızda havadan müdafiə bir nömrəli prioritetdir” dedi.

BU VİDEO MARAQLI OLA BİLƏR

Kiyev, Xarkov, Dnepr və Lvov… Ukraynanın bir çox şəhərləri Rusiya raketlərinin hədəfinə çevrilib.

daha çox video üçün

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button