2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəzaçəkmə müəssisəsində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib – vəkil

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev mayın 1-dən etibarən 13 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirir.  

Vəkili Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, Hacıyev yalnız su və dərman qəbul edir.

Mehdiyevin sözlərinə görə, aclıq nəticəsində onun səhhəti pisləşib. Belə ki, arterial qan təzyiqi 170/100-dür, nəbzi dəqiqədə 100 dəfə vurur. Hacıyev ümumi barakda saxlanılır. 

Saytların yığılması Saytlarin yigilmasi

Hacıyevin vəkilinin və bacısının Penitensiar Xidmətə və Ombudsmana müraciətlərinə baxmayaraq, heç bir münasibət bildirilməyib, deyə vəkil qeyd edib. 

Bir müddət əvvəl vəkil qalxanabənzər vəzin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkən Hacıyevin səmərəli tibbi yardım olmamasına və saxlanma şəraitinə etiraz əlaməti olaraq aclıq elan etdiyini bildirmişdi. 

* ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci ilin dekabr ayında həbs olunub. 2016-cı ilin oktyabrında o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəza müddəti 1,5 il uzadılıb.

O, 4 mlrd. manata yaxın pul məbləğini mənimsəməkdə və ifras etməkdə ittiham olunur. Lakin onun vəkilləri bu iddiaların tutarlı dəlillərlə təsdiq edilmədiyini bildirirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button