Gündəm
Yeni ailə quran müəllimə məktub yazıb özünü asdı
Azərbaycanda orta məktəb müəllimi özünü asıb. Hadisə Biləsuvar rayonunun Bəydilli kəndində qeydə alınıb. Kənd sakini 31 yaşlı Esmira Həsənova bu gün gecə saatlarında özünü yaşadığı evdə asıb. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib.
E. Həsənova yeni ailə qurubmuş. Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirmiş (bakipost.az).
24saat.org
Mənbə – azadliq.info