2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yeni Kaledoniya etirazları: Fransa niyə Azərbaycanı ittiham edir?

Rəsmi Paris etirazlardan sonra deyib ki, oradakı etirazlar “xarici təsirin nəticəsidir”.

“Bu, fantaziya deyil. … Təəssüf edirəm ki, bəzi müstəqillik tərəfdarı olan liderlər Azərbaycanla anlaşma ediblər”, – Fransanın xarici işlər naziri Gérald Darmanin Fransa-2 televiziyasına deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda baş verənlər 1980-ci illərdən bəri müşahidə edilən “ən pis iğtişaş” hesab edilir.

Rəsmi Paris Yeni Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququ verən Konstitusiya dəyişiklərini təsdiqlədikdən sonra orada narazılıqlar baş verib.

Bəzi yerli liderlər bu dəyişikliyin yerli kanak əhalisinin səsini azaldacağından narahatdırlar.

Konstitusiyaya dəyişikliklər bazar ertəsindən bəri adalar qrupunda etirazlara səbəb olub, nəticədə azı beş nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Rəsmilər ölənlərin ikisinin polis olduğunu, digərlərinin isə yerli kanaklar olduğunu deyib.

Rəsmi məlumatlara görə, 200 nəfərə yaxın insan saxlanıb.

Bundan sonra, Yeni Kaledoniyada beynəlxalq hava limanı kommersiya uçuşlarına qapadılıb, bizneslər və məktəblərdə dərslər ləğv edilib.

Paytaxt Numeada fövqəladə vəziyyət və komendant saatı elan edilib.

Fransadan adaya yüzlərlə polis qüvvəsi göndərilib.

Fransanın ərazi üzrə ali komissarı Louis Le Franc onların “son günlərdə nəzarətimizdən çıxmış ərazilərə nəzarət etmək… şəhər ərazisində itirdiyimiz bütün əraziləri yenidən ələ keçirmək üçün” gəldiyini söyləyib.

Fransa rəsmiləri deyiblər ki, “iğtişaşçılara və talançılara ən sərt cəzalar” nəzərdə tutulub.

Etirazlardan çəkilmiş fotolarda ticarət mərkəzindən alov və tüstü qalxması, yanmış avtomobillər, dükanların qarşısında ərzaq axtaran insanların uzun növbələri görünür.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button