Loading...
Loading...
Texnologiya

Yeni Redmi K50 Gaming Edition flaqman smartfonu təqdim olunub – QİYMƏTİ

    Redmi brendi K50 Gaming Edition adlı yeni flaqman smartfonunu təqdim edib. Sözügedən smartfon ilk növbədə mobil gaming ilə maraqlanan istifadəçilər üçün nəzərdə tutulub və güclü prosessor, təkmilləşdirilmiş soyutma sistemi, yüksək təsvir yenilənməsinə sahib ekran və yüksək sürətli şarj texnologiyası ilə təchiz olunub. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.

    Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi K50 Gaming Edition smartfonu Snapdragon 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq təsviri) + 2 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfonun kənar hissəsinə xarici istiqamətə çıxan xüsusi düymələr inteqrasiya edilib. Onlar mobil oyunlardakı rahat idarəetmə üçün nəzərdə tutulub. Smartfona JBL brendinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri quraşdırılıb. Redmi K50 Gaming Edition modeli MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon 18 fevral tarixində Çin bazarında satışa çıxacaq. Bəzi məlumatlara əsasən o, qlobal bazarda POCO F4 GT adı altında satılacaq. Redmi K50 Gaming Edition modelinin Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq:

– 8 GB RAM  + 128 GB yaddaş – 520$

– 12 GB RAM + 128 GB yaddaş – 570$

– 12 GB RAM + 256 GB yaddaş – 615$.

24 saat” “Yeni Redmi K50 Gaming Edition flaqman smartfonu təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  "Iphone"un qiyməti bir gecədə 700 manat bahalaşdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button