Loading...
Loading...
Gündəm

Yenikənd sakinləri yolun vəziyyətindən şikayətçidir

“Taksi də yolun bərbadlığına görə baha gətirir”

Siyəzən rayonunun Yenikənd kəndi Bakı-Quba-Rusiya avtomobil yolunun üstündə – Şabran və Siyəzən şəhərlərinin arasında yerləşir. Lakin avtomagistralı burulan kimi bərbad yol, dərin-dərin çalalar başlayır.

“Hər yer palçıq…”

Yenikənd sakinləri Meydan TV-yə şikayətlənir ki, yolun bərbadlığı onların cibinə də təsir göstərir.

Kənd camaatı böyük bazarlığı – un kisəsini, başqa ərzağını, təsərrüfat mallarını ya Siyəzəndən, ya Şabrandan alır. Əksəriyyətin də öz maşını yoxdur, taksi ilə gətirməyə məcburdur. Taksi də yolun bərbadlığına görə baha gətirir. Deyirlər ki, altı dəyir. Düz də deyirlər. Gözümüzlə görürük. Yağış yağanda vəziyyət lap acınacaqlı olur. Hər yer palçıq…”, – Elşən Ağayev danışır.

“Hər yerə məktub yazmışıq”

Sakinlərin sözlərinə görə, bir neçə il əvvələ qədər bütün kəndin yolları bərbad idi. Lakin bir neçə il öncə ara yollara olmasa da, kəndin əsas yollarına asfalt çəkilib. Amma ərazidə çalışan yük maşınlarının davamlı hərəkəti nəticəsində kəndin xüsusən giriş hissəsindəki yol dağılıb:

“Altı hündür olan maşınlar o çalalardan birtəhər keçir. Amma altı alçaq maşınlar dağılır. Dəfələrlə məktublar yazmışıq, demişik, hələ ki, xeyri yoxdur”.

Yenikənd, Foto: Meydan TV

Bələdiyyə sədri: “Ödənişli yol layihəsi başa çatan kimi onu da düzəldəcəklər”

Yenikənd bələdiyyəsinin sədri Əbülfərz Muradov Meydan TV-yə bildirib ki, problemdən xəbərdardır. Onun sözlərinə görə, bələdiyyə sədri olaraq, özü də məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

2018-ci ildən alternativ Bakı-Quba-Rusiya magistral yolunun çəkilişi başlayıb və yaxın vaxtlarda yekunlaşması gözlənilir. Həmin yolun daha keyfiyyətli və ödənişli olacağı bildirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mənə cavab verildi ki, bu layihə başa çatan kimi bu yolu da düzəldəcəklər. Təxminən iki-üç aya başa çatmalıdır”, – bələdiyyə sədri bildirib.

Əbülfərz Muradov onu da əlavə edib ki, hazırda yeni Bakı-Yalama dəmir yolunun tikintisini aparan “Kolin” inşaat şirkətinin material daşıyan yük maşınları da həmin yoldan tez-tez istifadə edir.

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button