2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevan sülh sazişinə dair növbəti təkliflər paketini Bakıya verib və sərhədlərin delimitasiyası məsələsini müzakirə edir

Ermənistan sülh sazişinin bağlanmasına dair növbəti təkliflər paketini Azərbaycana verib. Bu barədə aprelin 8-də respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib.

“Ermənistan sülh sazişi layihəsilə bağlı Azərbaycan tərəfinin son təkliflərinə cavab verib. Söhbət təkliflərin səkkizinci redaksiyasından gedir”, – o deyib.

Bundan öncə Ermənistan hakimiyyəti bildirib ki, Yerevan və Bakı arasında sülh sazişinin iki əsas bəndi həll olunmamış qalır. Bunlar 1991-ci il Alma-Ata bəyannaməsinə əsasən ərazi bütövlüyünün qarşılıqlı tanınması və onun əsasında sərhədlərin delimitasiyası, həmçinin kommunikasiyaların ərazisindən keçdikləri ölkənin yurisdiksiyası altında açılmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 9-da Ermənistan parlamentində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə qapalı müzakirələr başlayıb. Müzakirələrə müxalifətdən 10 deputat buraxılmayıb. Həmçinin iclasdan əvvəl bütün iştirakçılardan mobil telefonları alıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button