2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevanda "Qisas" əməliyyatının təkrarlanmasından ehtiyat edirlər

Yerevan Azərbaycanın Qubadlı rayonunda azərbaycanlı sərhədçi, baş leytenant Rövşən Məmmədovun yaralanması barədə geniş sülhməramlı bəyanatla çıxış etməyə tələsib. Zabit aprelin 10-da saat 15:20-yə yaxın yaralanıb və Yerevan etiraf edir ki, azərbaycanlı sərhədçilər qoyun sürüsünü Azərbaycan ərazisinə aparan iki nəfər Ermənistan vətəndaşının sərhədi keçməsinə imkan verməməyə çalışıblar. Sürü və çobanlar Ermənistan ərazisinə qayıdıblar.

İki yerli sakinin 200 qoyun ilə birlikdə gün ərzində öz doğma yurdunda azdığını təsəvvür etmək çətindir.

Yerevanın tələskənliyi 12 fevral 2024-cü ildə ermənilərin azərbaycanlı sərhədçini yaraladıqları zaman olduğu kimi, Azərbaycan ordusu tərəfindən “Qisas” əməliyyatının təkrarlanmasından qorxması ilə izah olunur. O vaxt, aprelin 13-də “Qisas” cavab əməliyyatı nəticəsində Ermənistanın könüllü qeyri-rəsmi hərbi təşkilatının dörd döyüşçüsü öldürüldü və altı döyüşçü yaralandı. Belə ki,  onların mövqeyindən azərbaycanlı sərhədçiyə atəş açılmışdı. Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da yaralanmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan tərəfinin cavab əməliyyatının qarşısını almaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanatla çıxış edib: “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycanın sərhəd qoşunları ilə birlikdə araşdırma aparmağı təklif edir. Ermənistan Respublikasının sərhəd qoşunları öz araşdırmasını aparır və nəticələr barədə əlavə məlumat veriləcək”, – Yerevanda bildiriblər.

Bu dəfə Ermənistanın bəyanatı fevral bəyanatından fərqli olaraq üzrxahlıq tonunda ifadə olunub. O vaxt demək olar ki, azərbaycanlı sərhədçinin yaralanmasından dərhal sonra qonşu ölkənin mətbuatında azərbaycanlıların günahı barədə iddialar yayılmışdı. Yerevanda “Qisas”ın təkrarlanmasını istəmirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button