2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevanda və Ermənistanın bölgələrində itaətsizlik aksiyaları keçirilir

Ermənistan kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Azərbaycanla sərhədin demarkasiyasına qarşı etiraz hərəkatına rəhbərlik edib.

Artıq bir neçə gündür bu din xadimi küçə aksiyalarına rəhbərlik edir. Aksiyalar dünən Yerevana qədər gedib çatıb. Mayın 9-da axşam Qalstanyan ultimatum irəli sürərək, Paşinyanın istefasını tələb edib.

Qalstanyan Yerevan otellərindən birində Koçaryanla görüşdükdən sonra ölkə parlamenti tərəfindən baş nazirin vəzifədən kənarlaşdırılması zərurəti olduğunu bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu arada, din xadimi kütləyə başçılıq edərək küçə-küçə gəzməkdə, əhalini itaətsizlik aksiyasına qoşulmağa çağırmaqda davam edir. 

Ermənistan hakimiyyəti hələlik aksiya iştirakçılarına qarşı güc metodlarından istifadə etmir. 

Lakin, göründüyü qədər, yaxın günlərdə Yerevan küçələrində və Ermənistanın digər şəhərlərində gərginlik artmaqda davam edəcək.

Paşinyanın əleyhdarları Azərbaycanla sərhədin demarkasiyası prosesini pozmağa müvəffəq olsa, bu, mütləq sərhəddə vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Rusiya hərbiçilərinin oradan çıxarılması yalnız gərginliyə şərait yaradacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button