Yol hərəkətinin pozulmasına görə 118 milyon manat
2020-ci ildə ölkədə 1587 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, 2019-cu illə müqayisədə 15,1 faiz azdır.
Açıqlamaya görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub: “Onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb”
Ayrica qəzalarda ölüm sayında da azalma var.
2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı isə 3631,1 min olub: “Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib”
2019-cu ildə cərimələrin miqdari isə bundan bir qədər çox – 119 milyon manat təşkil edib.
Ötən il koronavirus pandemiyası ilə bağlı bir müddət Bakıya girişdə və rayonlara gediş-gəlişdə məhdudiyyətlər olub.
24saat.org
Mənbə – azadliq.org