2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yorğun Ukrayna cəbhəyə göndərməyə adam tapmaqda çətinlik çəkir

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan, demək olar ki, iki il sonra daha cəbhə xəttinə könüllü axını yoxdur.

Döyüşmək arzusunda olanlar ya ölüb, ya yaralanıb, ya da ki cəbhədə ilişib qalıb və yeni gələnlərin hesabına bir qədər dincəlməyi gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Anlamıram. İnsanlar elə davranır, sanki müharibə hardasa uzaqdadır. Ancaq bu, geniş, tammiqyaslı işğaldır və görünən odur ki, bu, insanların vecinə deyil”, – Pavlo deyir.

O gördüyü laqeydlikdən məyusdur: “İlk gündə olduğu kimi indi də hamının bir olmağına ehtiyacımız var. O zaman hər kəs qardaş kimi birləşmişdi”.

Əvəzində Çerkassy-nin təhlükəsizlik xidməti səfərbərlik komandası şəhərə çıxanda insanları xəbərdar edən yerli sosial media kanallarını bağlayır.

24 yaşında Pavlo öz ölkəsi üçün çox şey fəda edib.

O, əsgər olmaq arzusu ilə böyüyüb. Bu haqda xatırlayanda onun gözləri parıldayır. 2022-ci ilin fevralında, Rusiya qüvvələri sərhədboyuna toplaşanda Pavlo orduda xidmət edirdi.

O, Kiyev yaxınlığında döyüşüb, daha sonra amansız döyüşlərin getdiyi Şərqi Donbasda – Soledarda. Həmin ilin yayında o, Bahmuta köçürülüb.

“Biz gülləbarana düşdük. Mərmi yanıma düşdü. Mən qolumu tamamilə itirdim. Yerində heç nə qalmadı”, – o, ağır yaralandığı hücumu təsvir edir.

O, kolların dibi ilə sürünərək dua etməyə başlayıb.

Əsgər etiraf edir ki, hospitala çatmaq elə bil üstündən yük götürülməsi idi: sadəcə, xilas olduğu üçün yox, həm də o, nəhayət ki, cəbhə xəttindən uzaqlaşmışdı. “Orada çox çətin idi. Mən hətta sözlə ifadə edə bilmirəm”.

O, yerə baxır və susur.

Pavlonun yaraları ağır olub. Onun sağ qolu çiynindən aşağı amputasiya olunub. O, hələ də qolunun olmadığı yerdə ağrı hiss edir. Ayağında qəlpə var. Onun adi protezi məhdud hərəkət imkanı verir.

Lakin o, xidmət etmək istəyirdi və beləcə, səfərbərlik üzrə zabit oldu.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button