2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yunis Səfərov aclıq etmək qərarı verdi, amma…

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha doqquz nəfər aclıq aksiyası keçirmək qərarı verib. Onlar martın 30-da məhkəmədə prokurorun Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər həbs cəzası tələbinə etiraz olaraq bu addımı atdıqlarını deyiblər. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova məlumat verib.

“Onlar saxta ittihamların həqiqət kimi qəbul olunub, heç bir günahları olmadığı halda belə ağır cəza tələbinə etiraz edirlər. Əhaliyə zülm eləyən Elmar Vəliyevə görə nə qədər adamın taleyini məhv edirlər. Terror, dövlət çevrilişi – hamısı yalandır. Yunis Səfərov özü də deyir ki, onu məhz əhaliyə zülmünə görə vurub, digər təqsirləndirilən şəxslər günahsızdır. Mütəşəkkil dəstə, terror görüntüsü yaratmaq üçün Yunisə salam verənlərin hamısını cəzalandırırlar”, – Zalova belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Təcridxana rəisi hökmü gözləməyi məsləhət görüb

Onun sözlərinə görə, həyat yoldaşı da daxil olmaqla, “Gəncə işi” üzrə mühakimə olunanların aclığa başlaması haqda martın 31-də Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib. Bundan sonra təcridxananın rəisi Elnur İsmayılov onlarla görüşüb: “Deyib ki, bu, hələ son deyil, məhkəmənin hökmü başqa ola bilər. Hökmü gözləməyi məsləhət görüb. Rəislə söhbətdən sonra aclığı dayandırmaq qərarına gəliblər”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, hazırda bu qurumun tabeliyində olan həbs yerlərində saxlanılan şəxslər arasında aclıq edən yoxdur.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

24 saat” “Yunis Səfərov aclıq etmək qərarı verdi, amma…” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button