2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yüzlərlə beynəlxalq təşkilat Qubad İbadoğlunu azad etməyə çağırıb

240 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı, alim və hüquq müdafiəçisi korrupsiyaya qarşı mübarizə üzrə ekspert, Azərbaycanda ev dustaqlığında olan Qubad İbadoğlunun azad edilməsini tələb edən açıq məktub dərc ediblər.

Məktub Birləşmiş Millətlət Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası üzrə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq koalisiyasının saytında dərc edilib.

“Koalisiya dostumuz və həmkarımız Qubad İbadoğlunun dərhal və qeyd – şərtsiz azad edilməsini qətiyyətlə tələb edir”, – Koalisiyanın idarəedici direktoru Matias Huter bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qubad bizim  şəbəkənin üzvüdür və dünya antikorrupsiya hərəkatında görkəmli səsdir. Ona qarşı ittihamlar əsassızdır və Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini sarsıtmaq və tənqidi antikorrupsion səsləri susdurmaq cəhdidir”, – o qeyd edib.

Tezliklə müvafiq tibbi yardım göstərilməsə, ciddi ürək tutması riski altındadır.

Qubad Azərbaycanda korrupsiyaya qarşı tanınmış mübarizdir. O, ölkənin neft-qaz sektorundakı mühüm  korrupsiyanı ifşa edib, büdcənin şəffaflığını müdafiə edib və Azərbaycan oliqarxları tərəfindən oğurlanmış və ofşorlarda gizlədilmiş aktivlərin müsadirə edilməsinə kömək edib.

O həmçinin müsadirə edilmiş aktivləri azərbaycanlı tələbələr üçün təqaüdlərə çevirmək üçün Böyük Britaniyada təhsil fondu yaradıb.

“Öz həyatını Azərbaycan xalqının rifahının təmin edilməsinə həsr etmiş adamın indi belə ağır fəsadlardan əziyyət çəkməsi çox dəhşətlidir. Qubada qarşı ittihamların heç bir əsası yoxdur və Azərbaycan hakimiyyəti onları dərhal aradan qaldırmalıdır”, – Huter bildirib.

Məktubu 164 təşkilat və 76 yüksək vəzifəli şəxs imzalayıb. Sənəd Azərbaycan hakimiyyətinə və bütün dünyada bu işi izləyən hökumətlərə göndərilib.

Ünvan sahiblərinin arasında ABŞ, Koalisiyanın iştirakçı dövlətləri Konfransının hazırkı sədri; Böyük Britaniya (İbadoğlu həbs vaxtı orada yaşayıb) və Avropa İttifaqı (bu yaxınlarda parlament Avropa institutlarını alimin işini dəstəkləmək üçün daha çox iş görməyə çağıran qətnamə qəbul edib) var.

“Koalisiya beynəlxalq birliyi Qubad İbadoğlunun və hazırda Azərbaycan həbsxanalarında olan digər siyasi məhbusların sağlamlığını və azadlığını müdafiə etmək üçün çevik və qətiyyətli tədbirlər görməyə çağırır. Biz Azərbaycanı – qarşıdan gələn COP iqlim konfransını qəbul edən tərəf kimi – insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hüquq müdafiəçiləri üçün təhlükəsiz və əlverişli mühitə zəmanət verməyə çağırırıq”, – Huter bildirib.

* 23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən  ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınır.

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button