2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yüzlərlə şəxs işsiz qalacaq – MTN sürprizi

Mədəniyyət və Turizm Nazirliyindən (MTN) əməkdaşlarına yeni il sürprizi

Rayonlardakı mədəniyyət şöbələri ləğv edilir

Yeni ilin ilk aylarından etibarən Mədəniyyət və Turizm Nazirliyi rayonlardakı mədəniyyət şöbələrinin ləğvinə start verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, ləğv edilən mədəniyyət şöbələrinin əvəzinə 15 mədəniyyət idarəsinin yaradılması nəzərdə tutulur ki, bu idarələr regional səviyyəli qurumlar olacaq. Aparılan məlum islahat nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin rayonlardakı əməkdaşlarının sayının ciddi şəkildə azaldılması planlaşdırılır. Mənbənin məlumatına görə, büdcə xərclərinin azaldılmasına hesablanan bu yenilik yüzlərə şəxsin işsiz qalması ilə nəticələnəcək. Bundan başqa, rayon şöbələrinin ləğv edilməsinin mədəni-maarif prosesinə də mənfi mənada təsir göstərəcəyi, əyalətlərdə mədəni aktivliyi əhəmiyyətli dərəcədə aşağı salacağı gözlənilir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button