2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Zəngəzurun Azərbaycana qaytarılması regiondakı hadisələrdən asılıdır”

Dilavər Əzimli: “Rusiya bizə torpaq qaytarmayacaq”

Məlum olduğu kimi, Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.Qlobal platformada yerləşdirilən petisiyanın ünvanı olaraq isə Rusiyanın Yekaterinburq şəhəri göstərilib. Petisiyanın müəllifi isə Yevgenil Syomindir.

Petisiyada Zəngəzurun qədim Azərbaycan ərazisi olduğu və Azərbaycana qaytarılmasının həm coğrafi, həm tarixi-mənəvi və həm də siyasi baxımdan ciddi önəm kəsb etdiyi vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, bu və bu kimi addımlar Zəngəzurun Azərbaycana qaytarılması məsələsini aktuallaşdıra, bu işə müəyyən bir fayda verə bilərmi?

Moderator.az-a açıqlama verən tanınmış pedaqoq-tarixçi, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqları başqanının ideologiya üzrə müavini Dilavər Əzimli bunun bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Əslində, bu məsələnin gündəmə gəlməsi Zəngəzurunu erməni işğalına məruz qalması baxımından təqdirəlayidir. Yəni, Rusiya vətəndaşı üçün erməni xisləti ortaya qoyulur. Amma Rusiyanın bu addıma gedəcəyi ağlabatan deyidir. Sadəcə olaraq, yenə də ermənilərə hansısa “dərsi” vermək istəyirlər. Çünki ermənilər arada Rusiyanın çəkdiyi dairədən bayıra çıxmaq istəyir.

Hesab edirəm ki, Zəngəzurun qaytarılması regionda baş verə biləcək hadisələrdən asılıdır. Bunun da açarı Türkiyədə ola bilər. Amma onun da başını terrorla qatıblar. Yəni, Rusiya tərəfindən bizə torpaq qaytarıla bilməz. Bu birmənalıdır. Arada bu cür addımları atmaqla həm də Azərbayacan icyimaiyyətində Rusiyanın imicini yüksəltməyə çalışırlar”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button