2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zakir Həsənov Azərbaycan ordusunun “Türkiyə modeli”nə uyğunlaşdırılmasında əldə olunan nailiyyətləri qeyd edib

Bakı/09.12.23/Turan:  Azərbaycan Müdafiə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib  ki,  iclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.

“Türkiyə modelinə uyğunlaşdırılma istiqamətində Azərbaycan ordusunda aparılan islahatlar nəticəsində 2023-cü ildə hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə qazanılan uğurlar, həmçinin növbəti ildə planlaşdırılan tədbirlər barədə danışılıb”, – məlumatda qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

İclasın yekunları ilə bağlı çıxış edən nazir Zakir Həsənov 2024-cü il üzrə tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Ali baş komandanın rəhbərliyilə Azərbaycan ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir  bundan sonra da ordunun qarşıya qoyulan istənilən tapşırığın dəqiq icrasına hazır olduğunu bildirib”, – Müdafiə Nazirliyinin məlumatında deyilir. 06В-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button