2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Zarafat deyil: 1 aprel tarixində təhlükəli asteroid Yer kürəsinin yaxınlığından keçəcək

    1 aprel tarixində 2007 FF1 adlı asteroid Yer kürəsinin yaxınlığından keçəcək. NASA sözügedən asteroidi potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edir. Lakin çox güman ki, 2007 FF1 Yer kürəsindən 7.4 milyon km məsafədə keçəcək. Bu isə Yer kürəsi ilə Ay arasında olan məsafədən 30 dəfə daha uzundur. 110-260 metr diametrə sahib sözügedən asteroid Yer kürəsinə yaxın olan asteroidlər (orbiti Yer kürəsinə yaxın məsafədən keçən asteroidlər) sinifinə daxildir.

    Onun orbiti Yer kürəsinin orbiti ilə kəsişir. Bu asteroid Günəş ətrafında tam dövrü 684 günə reallaşdırır. 2007 FF1 bir qədər böyük ölçüyə sahib olduğu və Yer kürəsinə yaxın məsafədən uçduğu üçün NASA onu potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edir. Sözügedən asteroidin çox da aydın olmayan fotosu 24 mart tarixində Virtual Telescope layihəsinin astronomlarından biri tərəfindən çəkilmişdi. Həmin vaxt asteroid Yer kürəsindən 11.6 milyon km məsafədə yerləşirdi.

Saytların yığılması Saytlarin yigilmasi

2007 FF1 asteroidinin aydın olmayan fotosu. Onun yerləşmiş olduğu yer kiçik ağ rəngli ox vasitəsilə qeyd edilib:

    Kompüter modelləşdirmələri və NASA-nın yeni məlumatları sayəsində təyin olunub ki, narahat olmaq üçün heç bir səbəb yoxdur və hal hazırda sözügedən asteroid Yer kürəsi üçün heç bir təhlükə mənbəyi daşımır. 1 aprel tarixində o, Yer kürəsinə maksimal məsafədə (7.4 milyon km) yaxınlaşacaq. Qeyd etmək lazımdır ki, astronomlar bu asteroidi ilk dəfə 2007-ci ildə aşkar ediblər və həmin vaxtdan o, Yer kürəsinə ən maksimal məsafədə olacaq.

    2020-ci ildə sözügedən asteroid Yer kürəsinə yaxın məsafədən keçmişdi. Həmin vaxt məsafə 17.3 milyon km təşkil etmişdi. Bundan əlavə olaraq həmin vaxtda o, indi hərəkət etdiyi sürətlə hərəkət etmişdi. Belə ki, asteroid hal hazırda saatda 47.950 km sürətlə hərəkət edir. Növbəti dəfə 2007 FF1 Yer kürəsinə 2 aprel 2037-ci il tarixində yaxınlaşacaq. Proqnozlara əsasən növbəti yaxınlaşma zamanı asteroid Yer kürəsindən 7.9 milyon km məsafədə olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button