2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zelenski Əliyevə zəng edib

Fevralın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Prezidentinin mətbuat xidməti bildirir ki, telefon danışığı əsnasında Ukrayna prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, göstərilən humanitar yardımlara görə İlham Əliyevə təşəkkürünü bildirib:

“Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”.

Ötən il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımışdı.

Rusiya 9 il əvvəl isə Ukraynanın bir hissəsini – Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.

Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Azərbaycan bu sanksyalara qoşulmur. Amma Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button