Loading...
Loading...
Gündəm

Ziya Məmmədov: “Sökmürlər e, qoy lap partlatsınlar”

Ziya Məmmədovun oğluna məxsus otelin söküləcəyi barədə xəbərlər yayılıb

Mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni xəbər yayılıb yayılıb.

İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı “Trump Tower Baku”, sonrakı adı isə “Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hoteli söküləcəyi ilə bağlı şübhələri artırır.

Az24saat.org xəbər verir ki, azxeber.com məsələyə sabiq Nəqliyyat naziri Ziya Məmmədovdan özündən münasibət öyrənib.

Sualı əsəbi qarşılayan Ziya Məmmədov bildirib ki, bu xəbərlər şaiyədir:

“Onu deyən qələt edir. Sökmürlər e, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyatı yoxdur”.

Minval.info yazıb ki, Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş apartamentin fasadı tam dəmir çərçivələrə alınıb. İş icraçıları görülən iş barədə heç bir məlumat verməyiblər. Müşahidə onu göstərir ki, adətən bu cür dəmir çərçivələr binaların fasadları dəyişdirilərkən qurulur. Məlumdur ki, ötən ilin aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yararsız hala düşüb.

Hələ bir müddət əvvəl belə iddialar vardı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb.

Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib.

Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ “Trump Towers” adlanan bredin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin bəxti o bağlanan bağlandı. Bir müddət sonra Ziya Məmmədov görəvindən alındı, Anar Məmmədov isə Bakını birdəfəlik tərk etdi.

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

Az qala 4 ildir ki, eyni vəziyyətdə qalan hotelin fasadında xüsusi qurğuların quraşdırılması, ümumiyyətlə, hotelin sökülə biləcəyi ilə bağlı xəbərləri yenidən aktuallaşdırıb. Bildirilir ki, o istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələnin strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır. Amma hazırda binanın təmirə hazırlandığı, yoxsa söküləcəyi haqda “Garant-Holdinq”dən heç bir şərh almaq mümkün deyil.

Maraqlı xəbərlər üçün FACEBOOK səhifəmizi izləyin

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button