2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda həbs olunmuş ermənilərə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər. Bu barədə Komitənin Bakıdakı nümayəndəliyinin məlumatında deyilir.

Başməkmə aprel ayında olub. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələrilə əlaqəsi üçün şərait yaradılıb.

Komitənin mandatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftar və saxlanma şəraiti qiymətləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qurum şəxslərin ailələrilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Komitə baş çəkdiyi  şəxslərin adlarını açıqlamır.

2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatından sonra separatçı rejimin bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən üç keçmiş rəhbəri, həmçinin “parlament spikeri”, keçmiş “dövlət naziri” və iki hərbçi saxlanılaraq Bakıya gətirilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button