2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu gün Bayden Ukraynanın maliyyələşdirilməsi haqqında sənədi imzlaayacaq

Çərşənbə axşamı ABŞ Senatı səs çoxluğu ilə xarici dövlətlərə genişmiqyaslı yardım paketini qəbul edərək, Ukraynaya dəstək uğrunda bir neçə aydır davam edən və Respublikaçılar Partiyasını parçalayan mübarizəyə son qoyub. 

Ukrayna, İsrail, Tayvan və Amerikanın Hind-Sakit Okean regionundakı tərəfdaşlarına 95 milyardlıq hərbi yardım paketi Senat tərəfindən qəbul edilib və imzalanması üçün prezident Baydenə göndərilib.

“Mən bu həddindən artıq vacib qanunu imzalayacağam, bu, ölkəmmizin və dünyanın Həmas kimi, Putin kimi terrorçular qarşısında daha təhlükəsiz olmasına gətirib çıxaracaq”, deyə ABŞ Prezidenti bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Qanun layihəsinə əsasən, 60,84 milyard dollar  Ukraynaya hərbi yardım, 11,3 milyard dollar isə ABŞ-ın regionda hərbi əməliyyatlarına ayrılır.

Qanun layihəsində həmçinin Ukraynaya kredit şəklində əlavə iqtisadi yardım nəzərdə tutulur.

Eyni zamanda, sənəddə İsrailə dəstək, ABŞ-ın bu yaxınlarda baş vürən hücumlara cavab olaraq hərbi əməliyyatlarının xərclərinin qarşılanması və Qəzzə bölgəsində fələstinlilər də daxil olmaqla, bütün dünyada münaqişələrin qurbanı olan mülki şəxslərə humanitar yardım göstərilməsi üçün üçün 26,38 milyard dollar ayrılması nəzərdə tutulur. Bundan başqa, sənədə əsasən, Tayvana “kommunist Çinə qarşı mübarizə” üçün 8,12 milyard dollar ayrılır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button