2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müxalifət mitinq barədə müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edib

Aprelin 15-də müxalifətin mitinqinin keçirilməsi üzrə Təşkilat Komitəsinin adından Bakı Şəhər İcra Hakimiyyətinə bildiriş göndərilib. Bildirişdə etiraz aksiyasını aprelin 21-də keçirmək niyyəti ifadə olunub.

Aksiya siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, Rusiya hərbçilərinin Qarabağdan çıxarılması, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması, quru sərhədlərinin açılması, maaşların, pensiyaların artırılması, “uşaq müavinətlərinin” müəyyən edilməsi tələblərilə keçirilir.

Mitinqin aprelin 21-də saat 15:00-dan 17.00-dək üç yerdən birində keçirilməsi nəzərdə tutulur: 28 may metro stansiyasının qarşısındakı meydan, Nərimanov metro stansiyasının qarşısındakı meydan və “Məhsul” stadionu.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhər administrasiyasına müraciəti Demokratik Qüvvələrin Milli Şurasının üzvü Vidadi Mirkamal, Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Sadiq Qurbanov, Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli, Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Bəxtiyar İmanov, Azərbaycan Demokratiya və Rifah Partiyası İdarə Heyətinin üzvü Hüseyn Məlik imzalayıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button