2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası açılır, Azərbaycan nümayəndə heyəti iştirak etmir

Aprelin 15-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası açılır. İlk dəfə olaraq Azərbaycan nümayəndə heyəti iclasda iştirak etməyəcək, çünki bu ilin yanvarında əvvəlki sessiyada Azərbaycan insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına görə AŞPA-da səsvermə hüququndan məhrum edilib.  Bir sıra tərəfdaş ölkənin Azərbaycana səsvermə hüququnu qaytarmaq təklifilə çıxış edəcəyi gözlənilir.

Gündəmə Kosovonun Avropa Şurasına üzv qəbul edilməsinə dair müzakirələr; Aleksey Navalnının qətli və Vladimir Putinin totalitar rejiminə qarşı mübarizə mövzusunda debatlar; Vladimir Kara-Murzanın həbsi və Rusiyada etirazçıların təqib edilməsinə dair müzakirələr daxildir

Assambleya Ukraynanın bərpasına dəstəyi, o cümlədən bundan ötrü Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə etməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Assambleya  Avropa Şurasının süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında çərçivə konvensiyası layihəsilə bağlı rəyini bildirməlidir.

Həmçinin Qəzza zolağında vəziyyət və İranın İsrailə hücumu ilə bağlı müzakirələr aparılacaq.

Planlaşdırılan digər debatlara LGBT icmasının ifadə və toplaşma azadlığı, uşaqların onlayn- zorakılıqdan qorunması daxildir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button