2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Xarici agentlər haqqında” qanun layihəsinə görə Gürcüstan parlamentində dava düşüb

Aprelin 15-də Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin iclasında müxalifətçi Aleko Elisaşvili və hökumətyönlü fraksiyanın lideri Mamuka Mdinaradze arasında dava baş verib.

Elisaşvili deputatlara “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim edən Mdinaradzeni vurub. Bundan sonra iclas dayandırılıb.

Hüquq məsələləri komitəsində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılması səbəbindən Gürcüstan parlamentində təhlükəsizliyin “sarı səviyyəsi” tətbiq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Saat 19:00-da parlamentin binası qarşısında “Rus qanununa yox!” şüarı altında xarici agentlər haqqında qanunun əleyhinə aksiya başlayacaq.

Hakim partiyada bildirirlər ki,  qanun layihəsi ancaq xaricdən maliyyə  alan QHT və KİV-lərin işində şəffaflığın artırılmasına yönəlib.

Eyni zamanda, hakimiyyət Avropa və Amerika fondlarını Gürcüstanda “radikalizmi və inqilabi əhval-ruhiyyəni maliyyələşdirməkdə” ittiham edir.

Rusiyada vətəndaş cəmiyyətini boğmaq üçün oxşar tədbirlərdən istifadə edilib.

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, bu, “rus qanunudur” və veto qoyacağını vəd edib. Ancaq prezidentin vetosu simvolik xarakter daşıyır.

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button