Cəmiyyət

Əhalimiz qocalır…

Azərbaycan əhalisinin yaş qrupları göstəricisinə nəzər salaq.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin əvvəlinə ölkə əhalisinin 28,3 faizi 19 yaşadək, 32,5 faizi 39 yaşadək, 25,7 faizi 59 yaşadək, 9,1 faizi 69 yaşadək, 4,4 faizi 70 və daha yuxarı yaşlı şəxslər olub.

İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, 2010-2020-ci illərdə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhali sayı 1,6 faiz azalıb, 60 yaşdan yuxarı şəxslərin sayı 65 faiz artıb: “Əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır. BMT-nin proqnozlarına görə, 2050-ci ilədək inkişaf etmiş bəzi ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50 faizi ötəcək. Əhalinin sürətli qocalması yaxın yüzillikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problemdir”.

Dünya Bankının son hesabatına görə, 2011-2021-ci illərdə Azərbaycanda hər 1000 nəfərə düşən doğum sayı 19,4-dən 11,2-yə enib. 10 il öncə 65 yaşı aşan şəxslər ölkə əhalisinin 5,8 faizi idi, indi həmin göstərici 8 faizdir.

The post Əhalimiz qocalır… appeared first on 24 saat.

24 saat” “Əhalimiz qocalır…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Paytaxt meri: “Bakıda minə yaxın bina söküləcək” – VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button