İqtisadiyyat

Əhaliyə gözlənilməz ŞAD XƏBƏR – Su, işıq və qazın tarifi…

“Azərbaycanın regionlarında insanların maddi vəziyyəti daha pisdir. Regionlarda elektrik, su, işıq və qazın tarifi Bakı ilə müqayisədə daha aşağı qiymətə olacaq”.

 

Bu sözləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə kommunal tariflərin regionlar üzrə dəyişməsini nəzərdə tutan təklifə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bölgələrdə insanların dolanışığı aşağı olduğu üçün bu qərar xüsusi əhəmiyyət kəsb edir:

 

“Bu qərarı müsbət qarşılayıram. Azərbaycanın regionlarında insanların maddi vəziyyəti daha pisdir, nəinki şəhərlərdə. Məsələn, regionlarda elektrik, su, işıq və qazın tarifi Bakı ilə müqayisədə daha aşağı qiymətə olacaq. Mən özüm Bakıda yaşayıram, bu qərara da heç bir etirazım yoxdur. Təki rayonlarda, kəndlərdə yaşayan, maddi vəziyyəti aşağı olan insanlara asan olsun”.

 

Hesablama Palatasından büdcə vəsaitlərinin ünvanlılığını artırmaq üçün Milli Məclisə təklif verib.

 

“Kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və respublika üzrə əhatə dairəsinin genişləndirilməsi fonunda məcburi köçkünlərin dislokasiyasının dəqiqləşdirilməsi, növbəti illərdə mövcud meyillərin təhlili nəticəsində kommunal xidmətlər üzrə norma və tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq”, – təklifə bildirilib. /turkustan.info/

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button