Loading...
Loading...
24 saat

Əhsən Nuruzadədən 5 gündür xəbər yoxdur

Milli Şuranın 07 oktyabr mitinqi öncəsi naməlum şəkildə oğurlanan ictimai fəal Əhsən Nuruzadədən 5- ci gündür hər hansı xəbər yoxdur. Mümkünsə bu məlumatı paylaşın və diqqətdə saxlayın”. Bunu FB səhifəsində hüquq müdafiəçisi Oktay Gülalıyev yazır.

– …Hakimiyyətdəkilər təkcə bizim malımızı, pulumuzu oğurlamır, həm də cəsur, ləyaqətli insanlarımızı oğurlayıb bizə acıq vermək istəyir. Bir neçə ay öncə Tbilisidə araşdırmaçı jurnalist Əfqan Muxtarlını oğurlayıb Bakıya gətirdilər. Adını qoymaq istəyirdilər ki, guya sərhəddi gizli keçmək istəyirmiş. Bütün dünyada özlərini biabr etdilər…

İndi də Milli Şuranın mitinqləri ərəfəsində ictimai fəal Əhsən Nuruzadəni oğurlayıb insanları qorxutmaq istəyirlər. 5-ci gündür ki, ondan xəbər yoxdur. Vəkili Yalçın İmanov bütün mümkün yerlərə baxıb, instansiyalara müraciət edib. Əhsən bəyin yerini bildirmək istəmirlər.

Bunlar hər cür cinayətə əl atırlar. Xalqın milyardlarını oğurlamaq az imiş kimi ləyaqətli övladlarını da oğurlayırlar. Əslində, bu gün Əfqan Muxtarlının və Əhsən Nuruzadənin timsalında adam oğurluğu cinayəti dövlət səviyyəsində himayə olunur və həyata keçirilir. Milli Şuranın son 2 mitinqində xalqın göstərdiyi izdihamlı etirazın qisasını öz aləmlərində bu cür almaq istəyirlər. Amma unudurlar ki, insanları oğurlamaq və ya həbs etməklə xalqın etirazının qarşısını almaq yox, onu daha da artırırlar.

Dostlar, bu cinayətə və biabırçılığa heç kim göz yummamalıdır. Gəlin oğurlanıb gizlədilən, işgəncələrə məruz qaldığı bizdə şübhə doğurmayan Əhsən bəyin aşkara çıxarılıb geri qaytarılması və adam oğurluğu cinayətinə yol verənlərin cəzalandırılmasını bir yerdə tələb edək!

 

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button